Telekanallardan birinin 3 əməkdaşının koronavirusa yoluxduğu təsdiqlənib

Telekanallardan birinin 3 əməkdaşının koronavirusa yoluxduğu təsdiqlənib
# 22 may 2020 17:54 (UTC +04:00)

“Bir telekanalın 3 əməkdaşının koronavirusa yoluxduğu təsdiqini tapıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, həmin telekanalın əməkdaşları testdən keçirilib, nəticələr yaxın günlərdə açıqlanacaq: “Bəzən jurnalistlərin tibbi maskalardan düzgün istifadə etmədiklərinin şahidi oluruq. Bu, qaydalara ciddi yanaşmamağın nəticəsidir. Jurnalistlər bu qaydalara riayət etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR