Texniki səbəblərdən milli qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək

Texniki səbəblərdən milli qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək
# 21 dekabr 2020 11:05 (UTC +04:00)

Dekabrın 19-da “Virtual məktəb”də əsas məqsədi IV, VI və IX sinif şagirdləri arsında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib: "Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədrsi ili ərzində mütəmadi təşkil olanacaq. Texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb. Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR