Təhsil Nazirliyi: Pandemiyadan qorxub uşağını məktəbə göndərməyən valideynlərlə razılaşma protokolu imzalanacaq

Təhsil Nazirliyi: Pandemiyadan qorxub uşağını məktəbə göndərməyən valideynlərlə razılaşma protokolu imzalanacaq
# 17 avqust 2020 18:31 (UTC +04:00)

“Seyrəldilmiş şagird cədvəlində 3 tərəfdən ixtisarlara gedirik”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, şagirdlər müəyyən qrafiklə məktəbə gələcək: “Təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldıması ilə çox böyük məktəblərdə də optimal nəticəyə gələ bilərik”.

Şöbə müdirinin sözlərinə görə, müəyyən qrup valideynlər var ki, pandemiyadan qorxuya düşüb uşaqlarını məktəbə göndərmək istəməyəcək: “Belə valideynlərlə razılaşma protokolumuz olacaq. Şagird valideynin nəzarəti altında tele-dərslərə baxmalı və virtual dərslərə qoşulmalı, seyrək cədvəllə də olsa, kiçik və böyük summativlərdə gəlib iştirak etməlidir. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR