Təhsil Nazirliyi: Tələbələrin köçürülməsi prosesinin subbakalavrlara aidiyyəti yoxdur

Təhsil Nazirliyi: Tələbələrin köçürülməsi prosesinin subbakalavrlara aidiyyəti yoxdur
  • Clock-gray 16:35
  • calendar-gray 04 Fevral 2021

“Tələbələrin köçürülməsi qaydasında subbakalavrların köçürülməsi və ixtisas dəyişməsi məsələsi yoxdur”. 

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova bildirib. O eyni zamanda qeyd edib ki, köçürülmə yay və qış sessiyaları zamanı olur: “Qış sessiyası fevralın 1-dən 7-nə qədər aparılır, yay və qış sessiyasından başqa vaxtda köçürülmə nəzərdə tutulmayıb”. 

G.İsgəndərova qeyd edib ki, I kurs I semestrdən sonuncu kursa qədər tələbə köçürməsi mümkündür: “Tələbə universitet daxilində ixtisas dəyişmək istəyirsə, öz ixtisas qrupu daxilində və balı çatdığı qədər olan ixtisaslara dəyişə bilər. Əgər tələbə dövlət universitetinə daha az balla daxil olubsa, Bakı və Sumqayıt istisna olmaqla regionlardakı dövlət universitetlərində öz ixtisaslarına uyğun daha yüksək ballı ixtisaslara köçürülə bilər". 

Magistratura səviyyəsində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi qaydasına gəldikdə isə o qeyd edib ki, bunun üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

 

Günay Elşadqızı

Digər xəbərlər