Təhsil Nazirliyi dünyanın məşhur universitetlərinin biri ilə ikili diplom proqramı imzalayacaq

Təhsil Nazirliyi dünyanın məşhur universitetlərinin biri ilə ikili diplom proqramı imzalayacaq
  • Clock-gray 18:03
  • calendar-gray 24 Yanvar 2020

“İkili diplom proqramları ilə bağlı bir sıra danışıqlarımız yekunlaşmaq üzrədir. Bu ayın sonunda dünyanın ən məşhur universitetlərindən biri ilə ikili diplom proqramı imzalayacağıq".  

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, razılaşmalara görə, bu bərədə hələ ki, ətraflı məlumat verilmir: “Biz ikili diplom proqramı üçün Azərbaycan iqtisadiyyatına prioritet olan sahələri seçirik. Burada Azərbaycan üçün mühüm olan pedoqoji sahə, aqrar, tibb, mühəndislik üzrə ikili diplom proqramından söhbət gedir. Bu istiqamətlərin hər biri üçün danışıqlar gedir. Ümid edirik ki, bu il üçün ən azı 3 ikili diplom proqramına start verə biləcəyik”. 

N.Məmmədli deyib ki, bu, Azərbaycan ali təhsil məkanı üçün keyfiyyətcə tamamilə yeni mərhələnin başlanğıcı demək olacaq. 

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date