Təhsil Nazirliyi loqosundan istifadə edərək saxta məlumatlar paylaşan şəxslərə xəbərdarlıq edib

Təhsil Nazirliyi loqosundan istifadə edərək saxta məlumatlar paylaşan şəxslərə xəbərdarlıq edib
# 06 yanvar 2021 15:42 (UTC +04:00)

Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir. Bu isə ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Nazirlik xəbərdarlıq edib ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR