Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
# 02 mart 2021 13:13 (UTC +04:00)

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur: "Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Facebook səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR