Təhsil Nazirliyi pandemiya dövründə məktəblərin fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb

Təhsil Nazirliyi pandemiya dövründə məktəblərin fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb
# 01 aprel 2021 15:08 (UTC +04:00)

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 612 rəy qəbul edilib.

APA-nın məlumatına görə, sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini məqbul hesab edib. 11.3 faizi isə "Digər" bəndini seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR