Təhsil Nazirliyinin əməkdaşları avtomobil vuran şagirdlərə baş çəkiblər

Təhsil Nazirliyinin əməkdaşları avtomobil vuran şagirdlərə baş çəkiblər
  • Clock-gray 13:40
  • calendar-gray 24 Yanvar 2020

Təhsil Nazirliyinin əməkdaşları dünən Xırdalanda avtomobil vurması nəticəsində ağır xəsarət alan məktəblilərə baş çəkiblər.

APA-nın xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində bildirib: “Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, “keçmiş olsun” dedik”.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date