Tibb işçilərinin əməkhaqlarına əlavələrin müddəti martın 31-dək uzadılıb

Tibb işçilərinin əməkhaqlarına əlavələrin müddəti martın 31-dək uzadılıb
# 30 yanvar 2021 13:59 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

APA-nın məlumatına görə, Baş nazir bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR