Ticarət və ictimai iaşə müəssisələrində polietilen torbalar vətəndaşlara satılacaq

Ticarət və ictimai iaşə müəssisələrində polietilen torbalar vətəndaşlara satılacaq
  • Clock-gray 16:05
  • calendar-gray 05 Fevral 2021

Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.

APA-nın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. 

Firuzə Vahid

Digər xəbərlər