Tikinti ilə əlaqədar texniki şərtlərin verilməsinə dair yeni prosedur müəyyənləşib

Tikinti ilə əlaqədar texniki şərtlərin verilməsinə dair yeni prosedur müəyyənləşib
# 01 iyun 2020 15:43 (UTC +04:00)

Tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlər və həmin texniki şərtlərlə bağlı layihə sənədlərin verilməsi tikintiyə icazə alınması üçün ərizə Kiçik və orta biznes evlərində verildikdə İqtisadiyyat Nazirliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunmuş texniki şərtlərin və layihə-smeta sənədlərinin “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri) və Kiçik və orta biznes evləri vasitəsilə alınması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR