Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb - FOTO

Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb - FOTO
# 29 dekabr 2020 17:43 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində növbəti tədbir bu gün Xocavənd rayonunda baş tutub.

APA-nın məlumatına görə, rayonun işğaldan azad edilmiş Tuğ kəndində xidmətini davam etdirən hərbçilərə bu gün bayram sovqatı çatdırılıb.

Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar təqdim olunub.

“Bravo” supermarketlər şəbəkəsinin bağlamaları çatdıran əməkdaşları əsgər və zabitlərin ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydiyyat aparıblar.

Əsgər və zabitlər diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasını yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR