Turizm sahəsində insan alveri qurbanı olmaq riskinin qarşısı alınacaq

Turizm sahəsində insan alveri qurbanı olmaq riskinin qarşısı alınacaq
# 22 iyul 2020 18:38 (UTC +04:00)

Respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyinə 2020-2021-ci illərdə bununla bağlı qabaqlayıcı tədbirlər hazırlanması tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR