Türkiyə ilə meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair İkiillik Proqram imzalanıb

Türkiyə ilə meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair İkiillik Proqram imzalanıb
  • Clock-gray 18:19
  • calendar-gray 17 Mart 2021

Azərbaycanda işgüzar səfərdə olan  Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb. 

Əsmər Qabil

Digər xəbərlər