Türkiyədə reabilitasiya: imkanlar və üstünlükləri

Türkiyədə reabilitasiya: imkanlar və üstünlükləri
# 13 dekabr 2019 12:03 (UTC +04:00)

Bir sıra xəstəliklər və xəstəlik halları vardır ki, onlar mövcud olduğu halda tibbi reabilitasiya əsas müalicə qədər vacib və zəruri olur.

Dayaq hərəkət sistemi, baş və onurğa beyninin travması, uşaq beyin iflici də daxil olmaqla müxtəlif mənşəli iflic və parezlər, skolioz və onurğalararası yırtıqlar, insult və kəskin kardioloji xəstəliklər sonrası hallar, dağınıq skleroz, böyüklərdə və uşaqlarda nitq və udma pozuntuları – bütün bunlar tibbi reabilitasiya üçün göstəriş olan, tam olmayan siyahıdır.

Xəstəliyin növü və ağırlığından asılı olaraq, o, orqanizmin korlanmış funksiyalarını ya tamamilə bərpa edə, yaxud pasientin əhvalını və həyat keyfiyyətini əsaslı şəkildə yaxşılaşdıra bilər. Əlbəttə, reabilitasiyanı xüsusi şəkildə təchiz edilmiş klinikalarda təcrübəli mütəxəssislər-reabilitoloqların tərəfindən həyata keçirilməsi şərti ilə.

Ola bilsin ki, bunu eşitmək bir az gözlənilməz olacaq, ancaq bu gün dünya fizioterapevtik və apparat reabilitasiya mərkəzlərindən biri Türkiyədir.

Son onilliklərdə ölkədə hökumətin və özəl investorların dəstəyi ilə qərb təbabətinin ən yaxşı nailiyyət və təcrübəsindən istifadə edən, ancaq bununla belə, maliyyə baxımından çox-çox daha əlverişli olan innovativ və yüksək texnologiyalara əsaslanan tibb sahəsi yaradılıb.

“Türkiyə bu gün tibbi xidmət sahəsində əla imkanlar təqdim edir. Biz hər gün 165 ölkədən müalicə və reabilitasiya üçün sorğular alırıq. 2018-ci ildə türk klinikaları 890 mindən çox xarici pasienti qəbul etmiş, 2019-cu ildə isə artıq bu sayın 1 milyondan artıq olmasını gözləyirik”, - deyə Türkiyə tibbi turizm assosiasiyasının sədri Emin Çakmak deyib.

Türkiyə bərpaedici tibbinin aşkar üstünlüyü robotlaşdırılmış reabilitasiyaya malik olmasıdır. Ölkədə fizio və hidroterapiya, masaj, müalicəvi bədən tərbiyəsi və s. kimi ənənəvi reabilitasiya üsulları ilə bərabər hətta iflici olan, yaxud koma vəziyyətində olan pasientlərin dayaq-hərəkət apparatını effektiv şəkildə inkişaf etdirən, robotlaşdırılmış sistemdən istifadə edən bir çox klinikalar fəaliyyət göstərir.

Tibbi reabilitasiyada robotların uğurla istifadə edilməsinə nümunə kimi iflic, baş yaxud onurğa beyninin travması, ortopedik və ya nevroloji xəstəliklər nəticəsində yerimə qabiliyyətini itirmiş pasientlərin yeriyərkən ayaqlarının hərəkətini imitasiya edən robotlaşdırılmış LOKOMAT sistemindən istifadə edilməsini göstərmək olar. Bu üsul baş və onurğa beyninə necə addım atmağı “xatırlatmağa” imkan verir. Yeriyərkən sinir impulsları beynin hərəkət üçün cavabdeh olan zonasını stimulyasiya edir və bununla da funksiyaların bərpa edilməsinə şərait yaradır. Pasientlərin yeriyərkən özlərini güzgüdə görməsi imkanı bu hissi vizual yaddaşda saxlamağa imkan verir və motivasiyaya müsbət təsir edir, bu isə, orqanizmin ağır vəziyyətdə olduğu hallarda reabilitasiya dövrünün aylar, hətta illər çəkə biləcəyini nəzərə aldıqda, az əhəmiyyət daşımır.

Robot-trenajor sayəsində uzun müddət xəstə yatan insan yeriməyin dadını hiss edə bilər. Hətta o, bədənini tarazlaşdıraraq maneələrin dəf edilməsini nəzərdə tutan kompüter oyunu-simulyasiyanın köməyi ilə fiziki həvəsi hiss edə bilər.

Bundan başqa, hətta tamamilə hərəkətsiz insanlar üçün, yataq xəstəsinin ayaq pəncələrinin masaj edilməsi ilə birlikdə onun şaquli vəziyyətdə dayanmasına imkan verən vertikalizator adlı trenajorlar mövcuddur. Bu prosedur qan dövranının normallaşmasına şərait yaradır və orqanizmdəki durğunluq hallarını azaldır.

Robotlardan həmçinin travmalardan və ya insultdan sonra yuxarı ətrafların və əllərin funksiyalarının bərpa edilməsi, həmçinin onurğaarası yırtığın əməliyyatsız müalicəsində uğurla istifadə edilir.

Türkiyə tibbi turizm assosiasiyasının məlumatlarına əsasən, onurğasının bel və boyun hissəsində yırtığı olan, vətənində əməliyyat olunması tövsiyə edilən pasientlərin 74%-də Türkiyədəki reabilitasiya mərkəzlərində spinal dekompressiya aparatlarından istifadə edilməklə müalicəsindən sonra dayanıqlı terapevtik effekt müşahidə olunurdu.

Xəstəliyin növü və ağırlığından asılı olaraq pasientlər reabilitasiyanı stasionar yaxud ambulator şəraitdə keçə bilərlər. Onların sərəncamında klinikaların nəzdində olan müasir rahat palatalar və otellər var. Bütün reabilitasiya prosedurları zamanı hər bir pasientlə fərdi mütəxəssis-reabitoloq işləyir.

Türkiyə reabilitasiya mərkəzlərində əsas diqqət pasientlərin məişət və ictimai adaptasiyasına yönəldilir. Ətraflarının hərəkətinin təkmilləşdirilməsi ilə paralel olaraq, pasientlərə bərpa edilmiş bacarıqlarından məişətdə necə istifadə edilməsi də öyrədilir. Məsələn, soyuducunun qapısının necə açılması, lazım olan əşyanın götürülməsi və s. göstərilir.

Türkiyə hökuməti çalışır ki, xarici pasientlər türk klinikalarında maksimum dərəcədə asanlıq və rahatlıqla müalicə oluna bilsinlər.

Bu məqsədlə 2005-ci ildə xarici pasientləri hərtərəfli dəstəkləyən Türkiyə tibbi turizm assosiasiyası (THTC) yaradılıb. Klinika seçimində yardımla bərabər, THTC həmçinin hava limanından ödənişsiz transfer, Türkiyədə oteldə qalmağa endirim, ödənişsiz tərcüməçi ilə təmin edilməsi və s. kimi bir çox əlavə imtiyazlarla təmin edilməsinə zəmanət verir.

Türkiyədə müalicə və reabilitasiya barədə Türkiyə tibbi turizm assosiasiyasının Azərbaycandakı nümayəndələrindən daha ətraflı məlumat əldə edin:

Azərbaycan

+994 50 205 50 53

[email protected]

thtdc.org

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR