Türkiyədən 178 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Türkiyədən 178 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
# 22 may 2020 19:19 (UTC +04:00)

Bu gün "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR