Türkiyədən gələn psixoloq heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Türkiyədən gələn psixoloq heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib  - FOTO
# 21 yanvar 2021 11:59 (UTC +04:00)

Türkiyədən Azərbaycana gələn 20 nəfərlik psixoloq heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanında olub.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov, Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva və Türkiyədən gələn həkim nümayəndə heyəti ilk olaraq Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Heydər Əliyevin məzarı üzərinə güllər qoyulub.

Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə güllər düzülüb.

Bunun ardınca Şəhidlər xiyabanı və Türk şəhidliyi də ziyarət edilib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş bildirib ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Türkiyə qardaş Azərbaycanın yanındadır: "Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bizi çox sevindirdi. Təəssüflər olsun ki, müharibədən sonra müəyyən fəsadlar da özünü göstərir. Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin müxtəlif bölgələrindən cəlb olunan təcrübəli psixoloqlardır".

“Yaxın 1 ay ərzində həkimlərimiz burada şəhid ailələrinə, qazilərə və müharibədən zərər görmüş şəxslərə yardım üçün əllərindən gələni edəcəklər”, - deyə Səlcuk Demirtaş əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR