Türkiyənin Kosmik Agentliyinin rəhbər heyəti Azərbaycanda səfərdə olub

Türkiyənin Kosmik Agentliyinin rəhbər heyəti Azərbaycanda səfərdə olub
# 22 fevral 2021 15:08 (UTC +04:00)

Türkiyə Respublikasının Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyn Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Türkiyə nümayəndə heyəti ilə görüş olub.

Agentliyin baş direktoru Natiq Cavadov iki ölkə arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq kosmik sferada əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib. Nümayəndə heyətinin üzvləri müxtəlif illərdə Milli Aerokosmik Agentliyində istehsal edilmiş aeroçəkiliş sistemləri və kosmik fəzada uzun illər fəaliyyət göstərmiş cihaz nümunələri ilə tanış olduqdan sonra təşkilatın yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumatlandırılıblar.

Görüş çərçivəsində kosmik məlumatların emalı sahəsində alınmış nəticələr nümayəndə heyətinə əyani təqdim olunub.

Serdar Hüseyn Yıldırım qəbula görə minnətdarlığını bildirib və birgə səylərimizlə kosmik texnologiyaların inkişafında ölkələrimizin ciddi uğurlar qazanacağına ümidvar olduğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR