Təyyar Eyvazov: "Əhalinin əksər hissəsi peyvənd olunsa, mutasiyaların baş vermə tezliyi azalacaq"

Təyyar Eyvazov: "Əhalinin əksər hissəsi peyvənd olunsa, mutasiyaların baş vermə tezliyi azalacaq"
# 11 fevral 2021 16:01 (UTC +04:00)

“Koronavirusun yeni ştammları meydana gəldikcə onun qarşısını almaq üçün yeni peyvəndlərdən istifadə edə bilərik”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hələ ki, bu haqda birmənalı fikir yoxdur: “Yəni, hazırda yeni ştammlar bu gün hazırladığımız vaksinlərə tabe olurlar. Amma bu proseslər gələcəkdə necə olacaq, yayınma prosesi baş verəcəkmi? Bunu bilmək çətindir. Mutasiyanın baş vermə tezliyi virusun yayılma səviyyəsindən asılıdır. Hazırda pandemiyadır, əgər ölkə əhalisinin əksər hissəsini peyvəndləyə bilsək, onda infeksion proses sönəcək və mutasiyaların baş vermə tezliyi azalacaq. Biz peyvəndləmə nəticəsində əvvəlki ştammı aradan qaldırmaqla mutasiyanın baş verməsini aradan qaldıra bilərik. Amma buna çalışmaq lazımdır. Əgər əldə olunmuş peyvəndlər bir o qədər təsirli olmazsa, onda yeni versiya peyvəndlərin hazırlanması da mümkündür. Buna inanmaq istərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR