UNEC brendi Avropada tanınıb

UNEC brendi Avropada tanınıb
  • Clock-gray 12:18
  • calendar-gray 20 Fevral 2020

Güclü və müsbət brend hər bir universitetin dünya təhsil bazarında rəqabət qabiliyyətliliyinin artırılmasının başlıca amillərindəndir. Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət İqtisad Universiteti göstərdiyi təhsil xidmətlərini UNEC brendi altında təqdim edir.

Bu barədə APA-ya UNEC-dən bildirilib.

“Sevindirici haldır ki, bu gün yeni təhsil brendi kimi UNEC bir çox dünya təhsil brendləri arasında öz yerini almaqdadır. Bu, Azərbaycan Dövlət İqtisad Universitetini dünyada layiqli təmsil etməyə imkan verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Azərbaycanda və Türkiyədə  “Türk Marka və Patend Kurumu” tərəfindən qeydiyyata alındıqdan sonra, artıq Polşa, Litva və Slovakiyada da tanınıb  və qeydiyyatdan keçib. Ən qısa vaxtda rəsmi prosedurların tamamlanması və UNEC brendinin daha 11 ölkədə qeydiyyatının təsdiqlənməsi gözlənilir”, - deyə məlumatda qeyd edilib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date