UNEC brendi Gürcüstanda da tanınıb

UNEC brendi Gürcüstanda da tanınıb
  • Clock-gray 15:21
  • calendar-gray 03 Dekabr 2020

Universitetlərin beynəlmiləlləşməsi və dünya təhsil bazarında baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü­hitinin yaranmasını zəruri edir.

UNEC-dən APA-ya verilən məlumata görə, universitet bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir. UNEC dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirərək artıq Gürcüstanda da tanınıb. Belə ki, Gürcüstanın İntellektual Mülkiyyət İnstitutu “UNEC”i Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alıb.

Beləliklə, UNEC Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya və Ukraynadan sonra 11-ci ölkədə tanınmış olub.

apa-logo-mini

Digər xəbərlər