UNEC-də II qrup üzrə yeni ixtisas açılıb

UNEC-də II qrup üzrə yeni ixtisas açılıb
# 20 iyul 2020 11:02 (UTC +04:00)

UNEC-də 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb.

Universitetdən APA-ya verilən məlumata görə, “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər mühüm əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.

İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.

Qeyd edək ki, UNEC-də bakalavr dərəcəsində II qrupu üzrə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Biznesin idarəedilməsi”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Menecment” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarına qəbul aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR