UNEC daha bir uğura imza atıb

UNEC daha bir uğura imza atıb
# 29 iyun 2020 18:19 (UTC +04:00)

RUR reytinq agentliyi 2020-ci ilin 29 iyun tarixində dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.

Dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu bu reytinq sıralamasında UNEC daha bir uğura imza atıb.

Universitetdən APA-ya verilən xəbərə görə, “Texniki elmlər” ixtisası üzrə UNEC dünya üzrə 718-ci, Azərbaycan üzrə isə birinci yerdə qərarlaşıb. Həmçinin “Təbiət elmləri” ixtisası üzrə UNEC dünya üzrə 692-ci, Azərbaycan üzrə isə ikinci yerə yüksəlib.

RUR haqqında: RUR reyting agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və Moskva şəhərində yerləşir. Reytin agentliyi hər il dünyauniversitetlərinin reytinqini və ixtisaslar üzrə reytinq sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100 artıq universitetinin fəaliyyətini 20 indikator və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. RUR reytinq agenliyi universitetlərin tədqiqat fəaliyyətini Calrivate şirkətinin tədqiqat bazaları əsasında ölçür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR