ÜST “AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir

ÜST “AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir
# 12 mart 2021 14:41 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir.

APA-nın məlumatına görə, bu barədə ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris bildirib.

M. Harris qeyd edib ki, vaksinin faydası mənfi göstəricilərini üstələyir.

Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR