ÜST Azərbaycanda beynəlxalq vaksin planı hazırlanmasına texniki dəstək verir

ÜST Azərbaycanda beynəlxalq vaksin planı hazırlanmasına texniki dəstək verir
# 16 dekabr 2020 11:38 (UTC +04:00)

“Yeni vaksinlərlə bağlı məsələ hələ çox yenidir. ÜST vaksinlərlə bağlı məsələni yaxından izləyir. ÜST vaksinlərin bir araya gətirib alınması və istifadəsi ilə bağlı tövsiyələrini yaxın vaxtlarda açıqlayacaq”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ÜST indiyə qədər vaksinlərlə bağlı məsələlərdən razıdır: “İndiyə qədər olan nəticələr çox müsbətdir. Hansı vaksin Azərbaycana gəlsə, faydalı olacağını düşünürük. Amma daha spesifik açıqlamanı ÜST edəcək. Hazırda Azərbaycanda beynəlxalq vaksin planı hazırlanır. Biz də texniki dəstək veririk. Bir ekspertimiz çox yaxın vaxtda Azərbaycana gəlib bu məsələ ilə bağlı dəstəyini göstərəcək. Planlar hazırlanandan sonra açıqlana biləcək ki, hansı vaksindən nə qədər alınacaq, necə istifadə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR