ÜST Birləşmiş Krallığın istifadə etdiyi COVID-19 peyvəndini təcili istifadə siyahısına salmağı nəzərdən keçirir

ÜST Birləşmiş Krallığın istifadə etdiyi COVID-19 peyvəndini təcili istifadə siyahısına salmağı nəzərdən keçirir
# 15 dekabr 2020 12:06 (UTC +04:00)

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Birləşmiş Krallığın Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyinin (MHRA) "Pfizer" və "BioNTech" şirkətləri tərəfindən istehsal edilmiş COVID-19 peyvəndi BNT162b2-dən istifadəyə təcili icazə verməsindən xəbərdardır".

Bu barədə ÜST-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, ÜST peyvəndlə bağlı məlumatları istehsalçıdan əldə edib və təcili istifadə siyahısına salmaq üçün nəzərdən keçirir:

"ÜST-ün peyvəndlərlə bağlı təcili istifadə siyahısı ölkələrə peyvənddən yerli səviyyədə təcili istifadə üçün icazə verməyə imkan yaradacaq və qlobal tədarükçülər (UNICEF kimi) vasitəsi ilə beynəlxalq peyvənd tədarükü üçün qapı aça bilər. ÜST bu siyahının hazırlanmasını sürətləndirə biləcək bəzi məlumatları əldə etmək üçün MHRA ilə müzakirələr aparır. Eyni zamanda ÜST-ün İmmunlaşdırma üzrə Strateji Mütəxəssislərdən ibarət Məsləhət Qrupu (SAGE) da peyvəndi nəzərdən keçirir və ən yaxşı şəkildə necə istifadə edilməsi barədə tövsiyələrini hazırlayır".

Qeyd edək ki, Britaniya Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin birgə hazırladığı COVID-19 peyvəndini geniş istifadə üçün təsdiqləyən ilk ölkə olub. Peyvəndin istifadəsinə artıq başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR