ÜST: Hansısa ölkə koronavirusa qarşı peyvənddən istifadəni lazım bilirsə, ÜST-ün rəyini gözləmək məcburiyyətində deyil

ÜST: Hansısa ölkə koronavirusa qarşı peyvənddən istifadəni lazım bilirsə, ÜST-ün rəyini gözləmək məcburiyyətində deyil
# 12 dekabr 2020 15:06 (UTC +04:00)

"Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərlə bağlı dəyərləndirmə proseduru var. Əgər firmalar bizə koronavirusa qarşı peyvəndləri ilə bağlı müraciət edirsə, təbii ki, ÜST buna baxır. Amma biz indi gözləyirik, sübutlara baxırıq".

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, hansısa dövlətin agentlikləri peyvəndlərə müsbət yanaşsa, həmin ölkələr bundan istifadə edə bilər: "Həmin ölkələr ÜST-ün rəyini gözləmək məcburiyyətində deyil. Araşdırmalar nəticəsində peyvəndlərlə bağlı müsbət nəticələr görülür".

H.Harmancı qeyd edib ki, koronavirus peyvəndi ilə bağlı ümid var: "Bildiyiniz kimi, 10 peyvənd araşdırılır. İngiltərə artıq insanları peyvənd etməyə başlayıb. Təxmin edirik ki, yaxın vaxtlarda bir neçə peyvənd olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR