ÜST: Hazırda daha 10 peyvənd dəyərləndirmədən keçirilir

ÜST: Hazırda daha 10 peyvənd dəyərləndirmədən keçirilir
# 27 yanvar 2021 15:18 (UTC +04:00)

“ÜST koronavirusla bağlı fövqəladə vəziyyət siyahısı yaradıb”.

Bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, peyvənd istehsal edən şirkətlər bura müraciət edir: “Şirkətlər tərəfindən peyvəndlərin sınaq fazaları ilə bağlı məlumatlar bizə verilir. Bunlar ÜST, digər ekspertlər tərəfindən araşdırılır və qərar verilir. İndiyə qədər ÜST tərəfindən sənəd verilən şirkətlərdən ilki Pfizer/BioNTech olub. Bununla yanaşı, təxminən 10 peyvənd də dəyərləndirmələrdən keçir. Qısa zamanda bir çox vaksin bu siyahıya daxil olacaq. BMT bu vaksinlərin alınmasına imkan verəcək və ölkələr bunu rahat şəkildə istifadə də biləcəklər”.

H. Harmancı qeyd edib ki, ÜST-ün bu siyahısı təsir, təhlükəsizlik və keyfiyyət baxımından vacibdir: “Amma hər bir ölkə ÜST-ün siyahısında olmayan, öz səhiyyə qurumları tərəfindən təsdiqlənən vaksini tətbiq edə bilər. Hazırda bir çox ölkədə Pfizer/BioNTech vaksinindən fərqli peyvəndlərdən də istifadə olunur. Düşünürəm ki, 1-2 ay ərzində daha çox vaksin bizim siyahıya daxil olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR