ÜST: Məqsəd bu il aprelin 7-dək bütün ölkələrdə COVID-19-a qarşı vaksinasiyaya başlanılmasıdır

ÜST: Məqsəd bu il aprelin 7-dək bütün ölkələrdə COVID-19-a qarşı vaksinasiyaya başlanılmasıdır
  • Clock-gray 19:03
  • calendar-gray 15 Fevral 2021

“Bu il ÜST üçün əsas məsələ səhiyyə sahəsində bərabərsizliyin aradan qaldırılmasıdır”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu il aprelin 7-nə qədər bütün ölkələrdə COVID-19-a qarşı vaksinasiyaya başlanılması məqsədi qarşıya qoyulub: “Bütün ölkələri COVAX çərçivəsində müqavilələrinə sadiq qalmağa dəvət edirik. Bəzi ölkələr ikitərəfli sazişlər imzalayır, bəziləri isə bunu etmir. 190 gün ərzində səhiyyə işçilərinin vaksinasiyasının həyata keçirilməsini dəstəkləyirik. Virusun yeni ştamlarının yaranması vaksinləri daha az təsirli edəcək. Buna görə vaksinasiyanı daha sürətli həyata keçirməliyik. İstehsalən miqyası artırılmalıdır”.

Əsmər Qabil

Digər xəbərlər