ÜST: Qısa zamanda Azərbaycana koronavirusa qarşı peyvəndlərin gətirilməsinə başlanacaq

ÜST: Qısa zamanda Azərbaycana koronavirusa qarşı peyvəndlərin gətirilməsinə başlanacaq
# 12 dekabr 2020 12:38 (UTC +04:00)

"Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkələr ilə danışıqlar aparır və qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq".

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmançı deyib.

O bildirib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: "Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəliyin bitməsi olmayacaq. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR