ÜST koronavirusla mübarizədə Azərbaycanda görülən yeni hazırlıq işlərini müsbət qiymətləndirib

ÜST koronavirusla mübarizədə Azərbaycanda görülən yeni hazırlıq işlərini müsbət qiymətləndirib
# 08 aprel 2020 17:16 (UTC +04:00)

"Azərbaycan beynəlxalq səyləri dəstəkləyir, xarici siyasətdə qlobal həmrəylik hər zaman vacib prinsip olub".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, bugünkü qlobal şəraitdə də Azərbaycan xarici siyasətdə beynəlxalq həmrəyliyi dəstəkləyir: "Azərbaycan koronavirusla mübarizədə ÜST-lə səmərəli əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq yeni müstəviyə qədəm qoyub. Azərbaycan tərəfindən ÜST-ün ekspert qrupu Azərbaycana dəvət edilib, aidiyyəti qurumlarla müzakirədə onlar görülən işləri yüksək qiymətləndiriblər".

H.Hacıyev deyib ki, bu yaxınlarda ÜST-ün baş direktoru tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan məktubda virusla mübarizədə görülən işlər nümunəvi hesab olunub: “Bu gün də ÜST tərəfindən verilən yeni bəyanatda Azərbaycanda görülən yeni hazırlıq işləri müsbət qiymətləndirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR