ÜST-ün Baş direktoru Azərbaycana təşəkkür edib

ÜST-ün Baş direktoru Azərbaycana təşəkkür edib
# 13 mart 2021 10:21 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.

APA-nın məlumatına görə, T.Qebreyesus bu barədə “Twitter” hesabında paylaşma edib.

O, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Haqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR