ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”
# 16 noyabr 2020 18:35 (UTC +04:00)

“Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə ÜST-ün baş direktoru bildirib.

O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR