Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına dair qeyri-müəyyənlik və bərabərlik problemi səbəbindən giriş və ya çıxış üçün "immunitet pasportları"nın tətbiqini hələlik dəstəkləmir.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris bildirib
Onun sözlərinə görə, hazırda ÜST Çinin COVID-19-a qarşı “Sinopharm” və “Sinovac” peyvəndlərinin daha çox məlumat tələb olunduğuna görə aprelin sonlarında ehtimal olunan təcili istifadə siyahısı üçün nəzərdən keçirməyi planlaşdırır.