Ucar Rayon Təhsil Şöbəsinin müdiri təqaüdə yola salınıb

Ucar Rayon Təhsil Şöbəsinin müdiri təqaüdə yola salınıb
# 25 iyun 2020 21:42 (UTC +04:00)

Bu gün Ucar Rayon Təhsil Şöbəsinin müdiri İsrəfilov Fuad Məhəmmədiyyə oğlu təqaüdə yola salınıb.

Təhsil Şöbəsindən APA-ya verilən məlumata görə, Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, RİH-Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhla Abdullayeva və Ucar Rayon Təhsil Şöbəsinin məhdud sayda əməkdaşların iştirakı ilə Ucar rayon təhsilinin inkişafında xüsusi xidmətləri olmuş İsrəfilov Fuad Məhəmmədiyyə oğlu təqaüdə yola salınıb.

Müdir vəzifəsinin icrası müvəqqəti olaraq Ucar Rayon Təhsil Şöbəsinin metodisti Rəna Cəfərovaya həvalə olunub.

Qeyd edək ki, İsrəfilov Fuad Məhəmmədiyyə oğlu 1955-ci il də Ucar rayonunun Məlikballı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin (H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutu) “İbtidai təhsilin metodikası və pedaqogikası” ixtisasına yiyələnmiş daha sonra həmin univeristetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1981-ci illərdə rayonun Qazıqumlaq kəndində müəllim, direktor müavini vəzifəsində işləyib.

1981-ci ildən komsomol, partiya, icra hakimiyyəti orqanlarında işləyib. 2004-cü ilin aprelindən Ucar Rayon Təhsil Şöbəsinin müdiridir.

Prezident İlham Əliyevin 04 oktyabr 2010-cu il tarixli 1133 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR