Ucarda çörək sexində nöqsanlar aşkarlanıb

Ucarda çörək sexində nöqsanlar aşkarlanıb
  • Clock-gray 17:35
  • calendar-gray 05 Aprel 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ucar şəhəri, Oğuz küçəsində fəaliyyət göstərən, Qurbanov Elxan Ələkbər oğluna məxsus çörək bişirmə müəssisəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan  fəaliyyət göstərdiyi məlum olunub. Belə ki, müəssisənin istehsal sahəsində sanitariya qaydalarına əməl olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan yuyula bilən materiallarla təmin olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, anbarında sanitariya qaydalarına əməl olunmadığı, un məhsullarının saxlanma rejiminə, temperatur rejiminə əməl olunmadığı aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

Günay Elşadqızı

Digər xəbərlər