Ülvi Mehdiyev: “Könüllülər ili" ilə bağlı Tədbirlər Planı təsdiq olunacaq”

Ülvi Mehdiyev: “Könüllülər ili" ilə bağlı Tədbirlər Planı təsdiq olunacaq”
# 25 yanvar 2020 11:29 (UTC +04:00)

Bu yaxınlarda "Könüllülər ili" ilə bağlı Tədbirlər Planı təsdiq olunacaq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, “ASAN xidmət” tərəfindən Tədbirlər Planı ilə bağlı təkliflər hazırlanıb: “Bu il “Könüllülər ili” ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Əsas məqsəd və hədəf daha çox gənci könüllülər proqramına cəlb etmək, könüllülüyün verdiyi təcrübəni, özünütəkmilləşdirmə proqramlarını, kurslarını və təlimlərini davam etdirməkdir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR