Ülvi Mehdiyev: "YAŞAT Fondunun nümayəndələri artıq 2706 şəhidin və 81 yaralının 11 mindən çox ailə üzvünün problemlərini təhlil edib"

Ülvi Mehdiyev: "YAŞAT Fondunun nümayəndələri artıq 2706 şəhidin və 81 yaralının 11 mindən çox ailə üzvünün problemlərini təhlil edib"
# 08 yanvar 2021 12:40 (UTC +04:00)

“8 dekabr tarixində ölkə Prezidentinin sərəncamı ilə şəhid ailələri və Qarabağ qazilərinə dəstək üçün YAŞAT Fondu yaradılıb. Bu kateqoriyadan olanlar üçün ciddi layihələr, müavinət və təqaüdlər var. YAŞAT Fondu da şəffaf əlçatan platformanın olması üçün yaradılıb”.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, Fondun fəaliyyəti ASAN xidmətə tapşırılıb: "Bunun məsuliyyətini dərk edirik. Bu ictimaiyyətin Fondu olduğu üçün mütəmadi hesabatlar veririk. Bu gün Fondun yaradılmasının 1 ayı tamam olur. Artıq 9 dekabrdan Fondun təşkili üçün bank hesabları açılıb, bütün rayonlarda “ASAN xidmət”lərdə qruplar yaradılıb. Fondun nümayəndələri artıq 2706 şəhidin və 81 yaralının 11 mindən çox ailə üzvü ilə görüşüb. Onların problemləri təhlil olunub, onlardan 1483-ü öhdəliyə götürülüb”.

Ü. Mehdiyev deyib ki, bundan başqa Fondun Çağrı Mərkəzi və saytı fəaliyyətə başlayır: “Burada ianə etmək üçün “İanə et” bölməsi var, eyni zamanda müraciət etmək mümkündür. Yaşat Fondu sırf şəhid ailələri və qaziləri ilə bağlı olduğu üçün qazilər və şəhid ailələri Fondun işi ilə bağlı işə götürülüb. Elvin Hüseynov Fondun rəhbəridir, XTQ zabiti olub, qazidir, Rəbiyyə Cəfərova “Əsgərə məktub” layihəsinin rəhbəridir, Elşad Həşimov, Nəbi Şükürov, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digərləri işə götürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR