Umayra Tağıyeva: "Bəzi bölgələrdə illik temperatur 1.4 dərəcə artıb"

Umayra Tağıyeva: "Bəzi bölgələrdə illik temperatur 1.4 dərəcə artıb"
  • Clock-gray 16:54
  • calendar-gray 08 Yanvar 2021

“Son onilliklərdə iqlimdə istiləşmə gedir”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır: “Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1. 4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə, amma istiləşmə prosesi müşahidə olunur. Görürük ki, iqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir”.

Əsmər Qabil

Digər xəbərlər