Umayra Tağıyeva: “İşğaldan azad olan regionlarda qiymətləndirmə işləri davam etdirilir”

Umayra Tağıyeva: “İşğaldan azad olan regionlarda qiymətləndirmə işləri davam etdirilir”
# 08 yanvar 2021 17:06 (UTC +04:00)

“İşğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkəni bərpa etmək arzumuzdur”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yaymlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ETSN bu istiqamətdə bütün lazımi addımları atacaq: “Bizim Qarabağ bölgəmizdə 1990-cı ilə qədər 10 hidrometeoroloji stansiya, 3 radiometeoroloji stansiya, 15 hidroloji, 2 aqrometeoroloji və 16 atmosfer proseslərinə fəal təsir göstərərn məntəqələrimi fəaliyyət göstərirdi”.

U.Tağıyeva xatırladıb ki, işğal altında olan ərazilərdə su ehtiyatları ilə bağlı vəziyyətin qiymətləndiriməsi, həmçinin ətraf mühitə dəyən ziyanları qiymətləndimək üçün xüsusi komissiya yaradılıb: “Bizim nümayəndələr işğaldan azad olan regionlarda qiymətləndirmə işlərini davam etdirirlər. İşlərin nəticələri analiz olunandan sonra ictimaiyyətə açıqlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR