Umayra Tağıyeva: “Ölkə üzrə 7 günlük hava proqnozunu öyrənmək mümkün olacaq”

Umayra Tağıyeva: “Ölkə üzrə 7 günlük hava proqnozunu öyrənmək mümkün olacaq”
# 08 yanvar 2021 16:02 (UTC +04:00)

“Bu ilə yeniliklərlə başladıq. Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün bu gündən ETSN-nin Meteo.az saytına daxil olmaqla hava haqqında məlumatları daha geniş əldə etməkk olacaq”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, istənilən insan Bakı şəhəri və respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin: "Proqnozların etibarlı olması üçün bütün səyləri göstərəcəyik”.

U.Tağıyeva qeyd edib ki, Meteo.az saytında videomateriallar olacaq: “Saytda fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR