Ümumi orta ümumtəhsil məktəbində ştat sayının müəyyən edilməsi qaydası açıqlanıb

Ümumi orta ümumtəhsil məktəbində ştat sayının müəyyən edilməsi qaydası açıqlanıb
  • Clock-gray 20:53
  • calendar-gray 30 İyul 2020

İbtidai ümumtəhsil məktəblər, Ümumi orta ümumtəhsil məktəblər, Ümumi orta ümumtəhsil məktəblər və  Tam orta ümumtəhsil məktəblər üzrə meyarlar müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb .

İbtidai ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır: 

-ümumi təhsilin ibtidai təhsil səviyyəsini əhatə etməsi; 

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi; 

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümum-təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

-ümumi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə etməsi;

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi;

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümum- təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

-ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-tam orta təhsil səviyyəsində təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) tədrisin təşkil edilməsi;

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümum- təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

Firuzə Vahid

Digər xəbərlər