Ünvanlı sosial yardımla bağlı qaydaların dəyişdirilməsi təklif edilir

Ünvanlı sosial yardımla bağlı qaydaların dəyişdirilməsi təklif edilir
# 09 mart 2021 10:29 (UTC +04:00)

Azərbaycanda “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, 5-dən (beş) çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR