"Ürək və Damar Cərrahiyyəsi" jurnalının təqdimatı olub

"Ürək və Damar Cərrahiyyəsi" jurnalının təqdimatı olub
# 28 fevral 2020 18:57 (UTC +04:00)

Bakıda "Ürək və Damar Cərrahiyyəsi" jurnalının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Ürək və Damar Cərahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin jurnalistlərə açıqlamasında cəmiyyətinin nəşri olan ilk sayının işıq üzü gördüyünü bildirib: "Ölkəmizdə belə bir jurnalın dərc olunması ürək-damar cərrayihəsinin keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcıdır. İnanıram ki, bu sahənin mütəxəssisləri elmi işləri ilə, araşdırmalarıyla ürək-damar cərrahiyyəsinin inkişafına öz töhfələrini verəcəklər".

K.Musayev bildirib ki, jurnal üç dildə (Azərbaycan, rus və ingilis dili) və ildə iki dəfə nəşr olunacaq.

Qeyd edək ki, bu gün Azərbaycan Ürək-Damar Cərahiyyəsi Cəmiyyətinin yaranmasından 15 ötür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR