Uşaq qidalarının təhlükəsizliyinə dövlət və ictimai nəzarət gücləndiriləcək

Uşaq qidalarının təhlükəsizliyinə dövlət və ictimai nəzarət gücləndiriləcək
# 27 noyabr 2020 16:06 (UTC +04:00)

2020–2025-ci illərdə uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə dövlət və ictimai nəzarət gücləndiriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etmək tövsiyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR