"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi Fəaliyyət Planı”nda nəzərdə tutulan əsas məsələlər açıqlanıb

"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi Fəaliyyət Planı”nda nəzərdə tutulan əsas məsələlər açıqlanıb
# 27 noyabr 2020 15:02 (UTC +04:00)

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda erkən yaş dövründə uşaqların inkişafının təmin olunması ilə bağlı körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, doğuşayardım tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Eyni zamanda uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR