Uşaqlara dair Strategiyanın uğurla həyata keçirilməsi üçün işçi qrupları yaradılacaq

Uşaqlara dair Strategiyanın uğurla həyata keçirilməsi üçün işçi qrupları yaradılacaq
  • Clock-gray 14:53
  • calendar-gray 27 Noyabr 2020

"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı işçi qrupları yaradacaq. 

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Qeyd olunub ki, işçi qrupları prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqlar.

Fəaliyyət Planının monitorinqini və müntəzəm olaraq qiymətləndirilməsini əlaqələndirici dövlət orqanı həyata keçirəcək. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.

 

 

Əsmər Qabil

Digər xəbərlər