Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir

Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
# 08 fevral 2021 18:15 (UTC +04:00)

Uşağı övladlığa götürə biləcək nikahda olmayan şəxslərin əhatə dairəsi müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Mülki Prosessual Məcəllədə övladlığa götürmə barədə ərizəyə əlavə ediilən sənədlərdə dəyişiklik edilir.

Hazırda ərizəyə uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə övladlığa götürənin doğum haqqında şəhadətnaməsini surəti ərizəyə əlavə edilməlidir.

Layihəyə əsasən, uşağı övladlığa götürə biləcək nikahda olmayan şəxslər - Azərbaycan vətəndaşı, habelə qohum olan, yəni bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ola biləcək. Onlar da uşağı övladlığa götürdükdə ərizəyə doğum haqqında şəhadətnamələrinin surətlərini əlavə etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR