V qrupda plan yerlərinin sayı artıb

V qrupda plan yerlərinin sayı artıb
# 17 sentyabr 2020 15:24 (UTC +04:00)

“2020-ci ildən V qrupda bəzi ixtisasların adı dəyişib, ləğv edilib və yeniləri daxil olub”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayımda Mərkəzin şöbə müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, dekorativ sənət ixtisası indi dekorativ tətbiqi sənət olub: “Bədən tərbiyəsi ixtisası ləğv olunub, hazırda məşqçilik adlanır, rəqs müəllimliyi xoreoqrafiya, solo oxuma ixtisası vokal sənəti, xalq çalğı alətləri isə instrumental alətlər adı altında birləşdirilib”.

N. Əliyev bildirib ki, V qrupda ötən il 3581 plan yeri var idi, bu il 3714 plan yeri olub. Onun sözlərinə görə, bu il 133 plan yeri artıb: “Əvvəl bədən tərbiyəsi və idman ixtisasına 660, məşqçiliyə 75 plan yeri verilmişdi, bu il ümumilikdə həmin iki ixtisasın birləşməsi olan məşqçilik ixtisasına 1285 plan yeri verilib. İxtisaslar üzrə plan yerlərində elə də çox artım yoxdur. Məsələn, musiqi müəllimliyində 5 yer, təsviri incəsənət müəllimliyində 20 yer artıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR